IQNA

`Sovetski`də yerləşən qədim Hacı Əbdürrəhimbəy məscidi söküldü

10:20 - April 12, 2017
Xəbər sayı: 3481529
Aprelin 11-də paytaxt Bakının "Sovetski" kimi tanınan ərazisində yerləşən Hacı Əbdürrəhimbəy məscidi sökülüb.

`Sovetski`də yerləşən qədim Hacı Əbdürrəhimbəy məscidi söküldü

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadən xəbər verir ki, məscidin söküntüsü ötən axşam aparılıb.

Məscidin binası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunub, 3607 №-li inventarla qeydiyyatda olub.

Hacı Abdürrəhimbəy Qulubəyov məscidinin ərazisinin bir hissəsi 18 mərtəbəli binanın avtomobil parkına, digər hissəsi isə yaşıllıq zolağına düşdüyündən bu məscid dağıdılıb.

Xatırladaq ki, söküləcəyi deyilən digər tarixi məscid - Hacı Cavad məscidinin dini icması da ötən gün Azərbaycan Prezidentinə müraciət edib.

captcha